04 avqust 2025 19:39
113

Dörd turist Qəbələdə qəzaya düşüb, birinin vəziyyəti ağırdır

Səudiyyə Ərəbistanından gələn dörd turist Qəbələ rayonunda qəzaya düşüb, onlardan birinin vəziyyəti ağırdır.

“İki sahil” xəbər verir ki,  hadisə Qəbələnin Laza kəndində baş verib.

Bildirilib ki, kvadrosikllərin toqquşması nəticəsində Səudiyyə Ərəbistanından olan dörd turist – üç qadın, bir kişi xəsarət alıb.

Qəza zamanı ağır xəsarət alan qadınlardan birinin Bakıya göndərilməsi planlaşdırılır.