Qəbələdə baş verən qəzada xəsarət alan əcnəbi turistlərin kimliyi məlum olub
“İki sahil” xəbər verir ki, xəsarət alanlar Səudiyyə Ərəbistanı vətəndaşları 47 yaşlı Azzah Alharbi, 24 yaşlı Shatha Almohammadi, 17 yaşlı Lana Alharbi və 21 yaşlı Faris Almohammadidir.
Məlumata görə, ağır xəsarət alan turistlərdən biri Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Qeyd edək ki, ağır qəza Qəbələnin Laza kəndində baş verib. İki kvadrosiklin toqquşması nəticəsində Səudiyyə Ərəbistanından olan dörd turist xəsarət alıb.
***
Səudiyyə Ərəbistanından gələn dörd turist Qəbələ rayonunda qəzaya düşüb, onlardan birinin vəziyyəti ağırdır.
“İki sahil” xəbər verir ki, hadisə Qəbələnin Laza kəndində baş verib.
Bildirilib ki, kvadrosikllərin toqquşması nəticəsində Səudiyyə Ərəbistanından olan dörd turist – üç qadın, bir kişi xəsarət alıb.
Qəza zamanı ağır xəsarət alan qadınlardan birinin Bakıya göndərilməsi planlaşdırılır.