Yaxın 5 ildə Naxçıvan Muxtar Respublikasında 110 və 35 kV-luq yarımstansiyaların yenidən qurulması və elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"da öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, bölgədə 6–10 kV-luq və 0,4 kV-luq elektrik şəbəkələrində yenidənqurma işlərinin aparılması, elektrik şəbəkələrində qəza hallarının aradan qaldırılması, SCADA (şəbəkələrin real vaxt rejimində avtomatik idarə olunması) sisteminin qurulması və elektrik sayğaclarının dəyişdirilməsi planlaşdırılır.
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq