06 avqust 2025 08:49
138

Türkiyə 165 ölkəyə milli valyutada mal ixrac edib

Türkiyə milli valyuta ilə xarici ticarət əməliyyatlarını artırır. Təkcə 2025-ci ilin iyul ayında 165 ölkəyə türk lirəsi ilə ixrac tədarükü həyata keçirilib.

“İki sahil” Türkiyə Ticarət Nazirliyinin məlumatlarına istinadla xəbər verir ki, bu ilin ilk 7 ayında türk lirəsi ilə xarici ticarətin ümumi həcmi 830,5 milyardı keçib ki, bu da 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 35,2 faiz çoxdur.

İyul ayında Türkiyənin milli valyuta ilə ixracı illik müqayisədə 8,8 faiz artaraq 28,4 milyard lirəyə, idxalı isə 104,2 milyard lirəyə çatıb ki, bu da 2024-cü ilin iyul ayına nisbətən 51,3 faiz çoxdur. Bununla da, iyulda türk lirəsi ilə xarici ticarətin ümumi həcmi 132 milyard lirədən çox olub.

Ötən ay milli valyuta ilə ticarətdə 39 min 500-dən çox türk şirkəti iştirak edib.