Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Dövlət Universiteti, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi - 4SİM, Dünya Azərbaycanlıları Gənclər Təşkilatı və Süni İntellekt Azərbaycan Platformasının birgə təşkilatçılığı ilə ilk dəfə olaraq Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək.
Bu barədə "İki sahil"ə BDU-dan bildirilib. Qeyd olunub ki, BDU-da təşkil ediləcək forumda süni intellektin etik tərəfləri ilə bağlı müzakirələr aparılacaq, tanınmış ekspertlər çıxış edəcək və interaktiv panel sessiyalar keçiriləcək.
Forumda iştirak üçün avqustun 30-dək müraciət etmək olar.
Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın müvafiq bəndlərinə əsasən həyata keçirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportu WUF13 dövründə gücləndirilmiş əməliyyat rejimində fəaliyyət göstərəcək
Avtonəqliyyat vasitələrinin satışı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib