07 avqust 2025 02:35
118

İndi də süni qan?

Bəşəriyyət indi süni qan yaratmaq ərəfəsindədir. Bunu “Rossiya 1” telekanalının efirində tibb elmləri doktoru, Rusiya Səhiyyə Nazirliyinin Seçenov Universitetinin Kliniki Mərkəzinin Qanköçürmə şöbəsinin müdiri Emin Səlimov deyib.

Onun sözlərinə görə, qan qruplarına uyğun gəlməməyin ən ağır nəticələri məhz ABO sistemi və Rh faktorunun transfuziyası zamanı baş verir. Bütün digər qan qrupları, hətta uyğun gəlməsələr də, adətən ciddi nəticələrə səbəb olmur və immunitet sisteminin onlara qarşı reaksiyaları "yumşaq və sakit" olur.

"Hər kəs bu kəşf gözləyir - süni qanın, qrupsuz qanın yaradılması. Süni qanın xəstələr üçün infeksiyalar və immun reaksiyalar baxımından təhlükəsiz olacağı gözlənilir. Ola bilsin ki, bu, hansısa bioreaktorların yaradılmasıdır. Əslində, bəşəriyyət bu kəşfin astanasındadır. Müəyyən genetik tədqiqatlar baxımından biomaterialların yaradılması və s. kimi xırda işlər qalıb”, -deyə Səlimov bildirib.

Tibb elmləri doktoru onu da əlavə edib ki, qan qrupları 48-dən çoxdur. Bu rəqəm yalnız qeydiyyatdan keçmiş sistemlər üçündür. Dünyada ən çox yayılmış qan AB 0-dır.

Xatırladaq ki, təkcə Rusiyada 1,5 milyona yaxın qan donoru var və hər gün 4 minə yaxın insanın qan köçürülməsinə ehtiyacı yaranır.

Nubar Süleymanova, “İki sahil”