08 avqust 2025 12:04
116

Bu ərazilərdə işıq olmayacaq

Bu gün Abşeron rayonunun Novxanı qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “İki sahil” “Azərişıq” ASC-yə istinadla xəbər verir.

Bildirilib ki, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində avqustun 8-də 35 kV-luq hava xəttində təmir və gücləndirmə işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 12:00-dan 14:00-dək Novxanı qəsəbəsinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.