08 avqust 2025 12:05
123

Trampla Netanyahu arasında nə baş verib?

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında kütləvi aclıq barədə məlumatların HƏMAS tərəfindən uydurulduğunu iddia edən İsrailin baş naziri Binyamin Netanyahuya narazılığını bildirib.

“İki sahil” xəbər verir ki,  bu barədə NBC News adı açıqlanmayan keçmiş ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Bu hadisə iyulun 28-də telefon danışığı zamanı baş verib.

Telekanalın mənbələrinin məlumatına görə, söhbət zamanı Tramp Netanyahunun sözünü kəsərək qışqırmağa başlayıb və bildirib ki, o, aclığın saxta olduğunu eşitmək istəmir, köməkçiləri ona Qəzza zolağında uşaqların aclıqdan öldüyünə dair sübutlar göstəriblər.

Məqalədə qeyd olunur ki, ABŞ prezidentinin xüsusi nümayəndəsini ötən həftə regiona getməyə sövq edən məhz bu söhbət olub.