11 avqust 2025 01:27
163

Qaxda hovuza girən kişi öldü

Qaxa istirahətə gələn 54 yaşlı kişi dünyasını dəyişib.

Kürdəmir rayonundan Qaxa istirahətə gələn 1971-ci il təvəllüdlü Namiq Əliabbas oğlu Kərimov rayonun Ağcay kəndində hovuzda çimərkən halı pisləşib.

O, Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq, N.Kərimov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Oxu.Az