Ötən illərdən fərqli olaraq müəllimlərin işə qəbulu üzrə azsaatlı vakant yerlər birləşdiriləcək.
“İki sahil” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
Onun sözlərinə görə, hazırda 2 000-ə yaxın vakant yer tutulmamış qalıb:
“Vakant yerlərin gizlədilməsi yolverilməzdir və iddialar əsassızdır. Ona görə də müsabiqəyə təqdim edilməyən azsaatlı vakant yerlərlə bağlı yenilik edilir. Vakant yerlərdən biri əsas, digəri isə əlavə iş yeri olacaq”.