8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində Azərbaycan, ABŞ və Ermənistan arasında keçirilən görüşün nəticələrinə dair Birgə Bəyannamə imzalanıb. Bu tarixi sənəddə qeyd edildiyi kimi, dayanıqlı sülhün təminatı Cənubi Qafqazın geosiyasi mənzərəsinin yenidən formalaşmasına təsir göstərə bilər.
Sülhün təminatına vasitəçilik edən Amerikanın bu təqdirolunan addımı iki ölkə arasında dostluq münasibətlərinin inkişafına təkan rolu oynayır. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin dünyada Amerika kimi güclü bir ölkədə müsbət yekunlaşması bu görüşün əhəmiyyətinin təzahürüdür. Müharibənin ölkəmizin qabiliyyəti ilə nəticələnməsinə baxmayaraq, hələ də bəzi siyasi toplumlarda bu məsələ ilə bağlı konfliktlərin davam etdiyinin və müxtəlif yollarla münaqişənin yenidən başlamasına təhrik dolu çağırışların şahidi olurduq. Həmçinin Amerikanın bir sıra media subyeklərində Azərbaycana qarşı saxta məlumatların yayılmaqda davam edirdi. Bu da öz növbəsində ölkəmiz haqqında mənfi təsəvvürün yaranmasına səbəb olurdu. Təbii ki, medianın ictimai şüura təsirini nəzərə alsaq, nəticə heç də ürəkaçan deyildi. Lakin beynəlxalq arenada öz mövqeyini gündən günə gücləndirən Azərbaycan üçün bu addımlar da nəticəsiz qaldı. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu münaqişədə qələbənin real sahibi olduğunu bir daha sübut etdi. Uzun müddət diplomatik yolla həll olunmağı gözləyən məsələlərin müharibə ilə yekunlaşması zərurətdən irəli gələn hal olsa da, proses haqlı olaraq ölkəmizin qələbəsi ilə nəticələndi. Vaşinqtonda imzalanan Birgə Bəyannamə bunun siyasi müstəvidə tanınması yolunda real addımlardan biri kimi qiymətləndirir. Təhlükəsizlik və regional sabitliyin təmin olunması istiqamətində.
Azərbaycanın mövqeyini yüksək qiymətləndirən və bu istiqamətdə ölkəmizə dəstək olan Amerika ilə tərəfdaşlığın yeni səviyyədə inkişafı gələcək üçün çox müsbət nəticələrin əldə olunmasına təsir göstərəcək. Regionda sabitliyə təminat olacaq bu sülh sazişinin paraflanması ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması gözləniləndir. Çünki münaqişə ehtiva edən davranışlar və ya danışıqların nəticəsiz qalacağı şəraitdə sülh sazişinin imzalanmasının gecikməsi də mənasızdır. Prezident İlham Əliyevin Amerikaya işgüzar səfəri çox real, tarixi və müsbət nəticələrlə yadda qaldı. Diplomatik səviyyədə peşəkarlığın ölkəmizin gələcəyinə müsbət təsir göstərəcəyinin bir daha şahidi olduq.
Nuray Səxavət,
Bakı Slavyan Universitetinin jurnalistika ixtisası üzrə 4-cü kurs tələbəsi