13 avqust 2025 12:07
86

“Yay Təcrübə Proqramı” davam edir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən tələbələrin bilik və bacarıqlarının, şəxsi keyfiyyətlərinin inkişafına dəstək məqsədilə keçirilən növbəti “Yay Təcrübə Proqramı” davam edir.

“İki sahil” xəbər verir ki,  Dövlət Vergi Xidmətindən verilən məlumata görə, DVX-nin Şamaxı rayonunda yerləşən tədris mərkəzində təşkil olunan yay düşərgəsindən sonra tələbələr Dövlət Xidmətinin aparatında və digər strukturlarında 8 həftəlik iş təcrübəsinə başlayıblar.

Məlumata əsasən, 52 tələbənin iştirak etdiyi təcrübə proqramı iştirakçılara real iş mühitində praktiki bacarıqlar qazanmaq, vergi xidmətinin gündəlik fəaliyyətində iştirak etmək və nəzəri bilikləri tətbiq etmək imkanı yaradır. Tələbələr peşəkar vergi mütəxəssislərinin rəhbərliyi ilə çalışaraq aktual vergi məsələlərinin həllində aktiv iştirak edirlər.

4-cü “Yay Təcrübə Proqramı”nın sentyabrın əvvəlində başa çatması nəzərdə tutulur.