14 avqust 2025 01:58
189

Yaponiya qadınlar arasında gözlənilən ömür uzunluğuna görə 40-cı dəfə rekord qırıb

Yaponiya Səhiyyə Nazirliyi 2024-cü ildə orta ömür uzunluğuna dair məlumatları dərc edib: qadınlar üçün bu rəqəm 87,13, kişilər üçün isə 81,09 il olub.

“NHK” telekanalının məlumatına görə, Yaponiya ardıcıl 40-cı dəfə qadınlar arasında gözlənilən ömür uzunluğuna görə dünya rekordu vurub. Bu göstəriciyə görə ölkə kişilər arasında İsveç, İsveçrə və Norveçdən sonra dünyada altıncı yerdədir.

Məlumatda vurğulanıb ki, rəqəmlər ötən illə müqayisədə demək olar ki, dəyişməz qalıb: kişilərdə artım 0,00%, qadınlarda isə 0,01% təşkil edib.

Aprel ayında Ayçi prefekturasının Kota kəndindən olan Mine Kondo Yaponiyanın ən yaşlı sakini elan edilib. O, 1910-cu il sentyabrın 1-də anadan olub və tezliklə 115 yaşını qeyd edəcək.

Nubar Süleymanova, “İki sahil”