ABŞ açıq mənbəli süni intellekt (AI) modelləri sahəsində Çinin üstünlüyündən qorxur.
Bu barədə “The Wall Street” (WSJ) jurnalı məlumat yayıb.
Jurnalın qənaətinə görə, ABŞ Çin texnologiyalarının Amerika texnologiyalarını əvəz edərək beynəlxalq standarta çevrilməsində təhlükə görür.
"DeepSeek, Alibaba və digər şirkətlərin pulsuz modelləri bütün dünyada istifadəçiləri cəlb edir", - jurnal qeyd edir.
Məqalədə deyilir ki, Çin hakimiyyəti strateji resurs kimi açıq mənbəli layihələri dəstəkləyir. Bu baxımdan Amerika şirkətləri oxşar yolu seçərək strategiyalarını dəyişməlidirlər.
İki il əvvəl amerikalılar Amerikanın “OpenAI” neyron şəbəkəsi ilə rəqabəti qeyri-mümkün etmək üçün Çinə aparat sürətləndiricilərinin tədarükünü dayandırdılar. Inforus konsorsiumunun prezidenti, kibertəhlükəsizlik üzrə ekspert Andrey Masaloviçin daha əvvəl dediyi kimi, Çinin “DeepSeek” neyron şəbəkəsinin yaranması Amerikanın üstünlüyünə son qoydu.
Nubar Süleymanova, “İki sahil”