Ukrayna hakimiyyəti “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin fövqəladə hallar zamanı üçüncü ölkələrdən vətəndaşlarının təxliyəsi zamanı onların qarşılıqlı fəaliyyəti haqqında” sazişindən çıxmaq haqqında qanun layihəsini təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk "Telegram" kanalında yazıb.
Qeyd edək ki, MDB üzvü olan ölkələr bu sazişi 1996-cı ilin aprelində imzalayıblar. Müqavilə fövqəladə hallar zamanı öz vətəndaşlarının üçüncü ölkələrdən təxliyəsi ilə bağlı birgə fəaliyyət prosedurunu müəyyən edir - sənəd dövlətlərin insanların təhlükəsiz yerdəyişməsi üçün informasiya mübadiləsini, qarşılıqlı yardımı, nəqliyyat və resurslardan necə istifadə edəcəyini müəyyən edir.