"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 23 fevral 2024-cü ildə 5 il müddətinə dövriyyəyə buraxdığı istiqrazlara görə növbəti kupon ödənişini həyata keçirib.
“İki sahil” ASCO-ya istinadən xəbər verir ki, istiqraz sahiblərinin hesablarına 1,5 milyon ABŞ dolları köçürülüb.
İstiqrazların ümumi dəyəri 50 milyon ABŞ dollarıdır. Bunlar, illik gəlirliliyi 6 % təşkil edən, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 50 min istiqrazdır. Faizlər 6 aydan bir ödənilir.