15 avqust 2025 15:39
164

Milli valyutada qoyulmuş əmanətlərin məbləği artıb

Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artaraq 2025-ci il iyul ayının 1-nə milli valyuta ekvivalentində 15 milyard 437 milyon manat təşkil edib.

“İki sahil” xəbər verir ki,  Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 67,7 faizi milli, 32,3 faizi xarici valyutada qoyulub. Milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz, xarici valyutada olan əmanətlərin məbləği isə 3,8 faiz artıb.