16 avqust 2025 02:32
123

Serjik, Vaşinqton razılaşması zarafat deyil, reallıqdır

Sülh sazişinin imzalanmasına mane olan üç muşketyorların- sabiq prezidentlər Levon ter-Petrosyanın, Robert Koçaryanın, Serjik Sarkisyanın mənfur niyyətləri Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan Birgə Bəyannamə, Ağ Evdə paraflanan sülh sazişi ilə əbədi iflasa uğradı

Əsrlərdən bəri gorbagor babalarından qalma, insanlıqdan kənar rəzil, murdar xüsusiyyətlərini özlərindən sonrakı nəsillərə də miras qoyan daşnak tör-töküntülərinin tərcümeyi- halını, milli xarakterlərini fransız yazıçısı Aleksandr Düma (Ata) bu sözlərlə xarakterizə etmişdir: «Ermənilər fikirlərini, niyyət və duyğularını gizli saxlayan, hiyləgər, kələkbazdırlar. Dünən onlara həyan olan, yardım edən insanlara bəd ayaqda köməklik göstərməz, nankorluq edərlər.”» Qana həris bu toplumun ən qatı cinayətkarlarını belə qəhrəman obrazında təqdim etmələri də gendən gələn qəddarlığın «humanistləşdirilməsidir.» Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı ən dəhşətli vəhşiliklər törətmiş «ASALA»nın «İnqilabi hərəkat» adlı qruplaşmasının «Avo» ləqəbli rəhbəri Monte Melkumyanı qalib obrazında əbədiləşdirən Ermənistanda terrorçu Qurgen Markaryanın «Xidmət zamanı göstərdiyi mərdlik və fədakarlığa» görə ölümündən sonra «İgidliyə görə» medalı ilə təltif edilməsi, ASALA”-nın Fransa bölməsinin başçısı Varujan Karapetyana milli qəhrəman adı verilməsi yeganə fakt deyil. «Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur» sözlərini tezis kimi yayan faşist cəlladı Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi Böyük Vətən müharibəsində faşizmin qurbanı olan milyonların xatirəsinə hörmətsizlik, terrora «yaşıl işıq» yandırmaqdır. İrəvanda Njdeyə aid abidənin hələ də saxlanılması isə beynəlxalq ictimaiyyətin etirazlarına etinasızlıqdır. Rusiyanın Armavir şəhərində Njdenin xatirə lövhəsinin sökülməsi faktı da göstərir ki, ermənilərdən başqa bütün millətlər faşizmə nifrət edir. Sumqayıt hadisələri zamanı daşnak ideologiyasını qəbul etməyən erməniləri öldürən Eduard Qriqoryanın əvəzinə günahsız iki azərbaycanlının məhkəmənin ədalətsiz hökmü ilə güllələnməsini, Xocalı soyqırımında 613 soydaşımızın qətliamını, Füzuli rayonu, Alxanlı kənd sakini 2 yaşlı Zəhranın və nənəsinin ölümünü unutmuruq. Bu kimi faktlar saysız-hesabsız olduğu üçün bir kəlmə ilə erməniliyin tərifini vermək olar: «Onların millət adlandırılması belə tarixi, milli-mənəvi dəyərləri olan xalqlara hörmətsizlikdir.»

İkinci Qarabağ müharibəsində məğlub olsalar belə hələ də başqalarının ərazilərini mənimsəmək xəstəliyindən qurtula bilməyən Ermənistanın sabiq prezidentlərinin kürkünə yenə də birə düşüb. Bu günlərdə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda keçirilən görüşlərdən, Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan Birgə Bəyannamədən, Ağ Evdə sülh sazişinin paraflanmasından qəzəblənən ermənilərin baş cəlladları sabiq prezidentlər- Levon Ter-Petrosyan, Robert Koçaryan, Serjik Sarkisyan ətraflarına Erməni Apostol Kilsəsinin (EAK) keşişi II Qaregin, Baqrat Qalstanyan kimi din xadimlərini , özləri kimi daşnak tör-töküntülərini toplayaraq Ermənistanda iğtişaşlar törədirlər. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını erməni xalqının xilası, ölkəsinin iqtisadi inkişafı baxımından düzgün yol adlandıran, kommunikasıyaların açılmasını məqbul hesab edən baş nazir Nikol Paşinyana qarşı təxribatlar törədir, iğtişaşlar təşkil edirlər. Bu üç muşketyorun əməllərini xatırlatmaqla çirkin niyyətlərin səbəblərinə aydınlıq gətirmək mümkündür.

Tanınmış videobloqer Albert İsakov özünün «YouTube» kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də «Yerkrapa» terror təşkilatının üzvləri ilə görüşündəki rəzil açıqlamaları azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin etirafıdır. Ter-Petrosyan çıxışında 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu təsdiqləyir: «Təsəvvür edin ki, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı. Biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiya. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim «Yerkrapa» dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ), o cümlədən digər torpaqlar ermənilərin əlindədir.» Hayların mənfur niyyətlərini aşkar edən birinci prezident Petrosyan bu çıxışı ilə etiraf etmişdir ki, soydaşlarımızın Qərbi Azərbaycandan qovulması siyasəti uzaq tarixlərdən qaynaqlanır, ölkəmizə qarşı ərazi iddiaları daşnak ideologiyasının şovinist siyasətinin tərkib hissəsi olub və ermənizmin sərsəm ideyası kimi hələ də davam edir. «Ermənistanın və Qarabağın başqa millətlərdən, yəni azərbaycanlılardan silah gücünə tamamilə təmizlənməsini» daşnakların həll etməli olduqları problem adlandıran suriyalı, erməni əsilli Petrosyan sözügedən görüşdə rəzilliyini bir daha təsdiqləyərək söyləyir ki, 1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulması başlamasaydı, onun ölkəsi müstəqil ola bilməzdi: « Beləliklə, biz Ermənistan və Azərbaycan müstəqillik əldə etməmişdən əvvəl də ictimai təcrübə qazandıq. Bu hərəkat sayəsində Ermənistan və Qarabağ erməni xalqının 600 ildir həll edə bilmədiyi bir problemi həll etdi”.» Xatırladaq ki, Xocalı soyqırımının, digər ərazilərin işğalı prosesinin və etnik təmizləmələrin icraçıları Robert Koçaryan, Serjik Sarkisyan, Samvel Babayan, Monte Melkonyan, Vazgen Sarkisyan, Bako Saakyan, Arkadi Qukasyan, Vitali Balasanyan kimi terrorçular olsalar da , onlara bu əmri verən Ermənistan ordusunun ali baş komandanı Ter-Petrosyan olub.

Başqa xalqlara daşnak düşüncəsi ilə yanaşan Ermənistanın digər sabiq prezidenti Robert Koçaryan dahiyanə açıqlamaları ilə sələfindən fərqlənmir. Müsahibələrinin birində «ermənilərlə azərbaycanlıların genetik uyğunsuzluğu barədə» irqçi fikir irəli sürən Koçəryanın hakimiyyəti dövründə Ermənistan parlamentində baş nazir Vazgen Sarkisyan, parlamentin sədri Karen Dəmirçyan, bir sıra deputatlar və eləcə də hökumət üzvlərinin qətlə yetirilməsi ilə nəticələnən terror aktı törədilmişdi.(27 oktyabr 1999). Ermənistanda həmin hadisənin Robert Koçaryanın təşkil etdiyi barədə söz-söhbətlər xeyli müddət davam etdi. İndi soruşmaq lazımdır ki, ara, Robert, «ermənilərlə azərbaycanlıların genetik uyğunsuzluğu» 2023-cü ilin sentyabr ayında Milli Ordumuzun iştirakı ilə həll olundu. Separatçı rejimin ünsürləri könüllü olaraq Qarabağı tərk etdilər. İndi onların yenidən Qarabağa qayıtmalarını istəməyiniz, «artsax» deyə həyasızcasına bağırmağınız «genetik uyğunsuzluğa» nə dərəcədə uyğundur.

Ermənistanın sabiq prezidenti, uşaq qatili, Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak edən Serjik Sakisyan da əliqanlı həmkarlarından geri qalan deyil. Özü kimi yetişdirmək istəydiyi dığaları ilə görüşündə «Biz Qarabağı aldıq, sizin də borcunuzdur ki, Araratı (Ağrı dağı) bütünlüklə ərazimizə daxil edəsiniz» sözləri ilə onları da gorbagor babaları kimi qaniçən olmağa çağırışlar edən Serjik Qarabağ münaqişəsi ilə bağlı kitab («Qara bağ») üçün materiallar toplayan Karneqi Analitik Agentliyinin əməkdaşı Tomas de Vaala verdiyi müsahibəsində növbəti dəfə iç üzünü göstərmişdi: «Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu. Onu da nəzərə almaq lazımdır ki, onlar arasında Bakıdan, Sumqayıtdan qaçanlar da var idi». Bu sözlər irqi, dini, milli ayrı-seçkilik siyasətlərini etnik təmizləmə prosesləri əsasında həyata keçirən, yüzlərlə azərbaycanlını işğəncələrə məruz qoyan daşnakların «böyük Ermənistan» fərziyələrindən irəli gəlirdi. Suqovuşandakı çıxışında cinayətkar, fərari, qorxaq, satqın, korrupsioner, «tuşonka satan», adını belə dəyişərək əslini danan haramzada Serjikin Azərbaycan xalqı qarşısında cavab verəcəyini qətiyyətlə bildirən Prezident İlham Əliyev haqlı olaraq söyləyir ki, Kolumbiyanın, Qvatemalanın pasportunu almış, özünü «Qonzales» etmiş Serjik cəzasız qalmayacaq. Törətdiyi cinayətlərə görə Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verən vardanyanlar kimi olacaq, o da Azərbaycan həbsxanasında çay içəcək.

«Bu sözləri deməklə, təkcə öz çirkin ağzını açaraq cəfəng sözləri deyən, naftalin qoxusu verən bir ünsürə cavab vermirəm. Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm – ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz» sözləri ilə psixoloji problemləri olan revanşistlərə xəbərdarlıq edən Prezident İlham Əliyev dünya erməniliyinin şüurunda yer alan «türkə xidmət edən erməni xaindir» ideologiyasının kökünün birdəfəlik kəsiləcəyi günün çatacağını da bəyan edir: «Bax, mən burada dayanmışam. Sənin «Madagiz» adlandırdığın Suqovuşanda dayanmışam. Kişiliyin varsa, gəl buraya. Yoxsa orada - İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən.»

Tarixi ədalət öz hökmünü verdi. Torpaqlarımız 30 ilə yaxın davam edən Ermənistanın işğalından azad olundu. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Artıq Qarabağ və Şərqi Zəngəzur öz tarixi sahiblərinə qovuşub. Yeni hədəf soydaşlarımızın Qərbi Azərbaycana qayıdışını bərpa etməkdir. Petrosyan kimi canilərin etirafları isə təbii ki, beynəlxalq hüquq çərçivəsində təhlil edilməli və azərbaycanlılara qarşı məqsədli şəkildə törədilmiş etnik təmizləmə, soyqırımı törədənlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Ermənistanı silahlandıranlar da deyilənlərdən dərs almalıdırlar. Bu faktlar Qərbi azərbaycanlıların tarixi torpaqlarına ləyaqətli qayıdışını şərtləndirir. Erməni revanşistlərin bu qayıdışın qarşılığında Qarabağa dönmək hüquqlarından söhbət gedə bilməz. Çünki 2023-cü ilin sentyabrında separatçı rejimin axırıncı tör-töküntüləri Azərbaycanı könüllü tərk ediblər. Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan Birgə Bəyannamə, Ağ Evdə paraflanan sülh sazişi daşnakların «artsax» niyyətlərinə əbədi ölüm hökmü, Qərbi azərbaycanlılara doğma torpaqlarına qayıtmaq üçün «yaşıl işıq»dır. Vaşinqton görüşündən xoflanan serjiklər bilsinlər ki, əsl, kişi sözü, «zarafat» belə olar!

Xuraman İsmayılqızı, «İki sahil»