16 avqust 2025 00:13
100

Ötən 7 ayda Tərtərdə narkomaniya ilə bağlı 3 cinayət faktı aşkarlanıb

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin izah edilməsi, o cümlədən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə tədbirlər, onların acı nəticələri barədə əhalini məlumatlandırmaq məqsədilə Tərtər Rayon Polis, Səhiyyə şöbələri və Qarabağ Regional Təhsil İdarəsi ilə birgə bu istiqamətdə görüləcək işlər hər rübə uyğun olaraq müəyyənləşdirilmişdir. Tərtər Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Nakomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası tərəfindən rayon ərazisində həkim təyinatı olmadan narkotik vasitələrin, psixotrop maddələrin qəbul edilməsinə, əldə edilərək saxlanılmasına və satmaqla yayılmasına qarşı mübarizəni gücləndirmək məqsədi ilə bu sahədə diqqətin artırılması üçün aidiyyatı şəxslərə konkret tapşırıqlar verilmişdir.

2025-ci ilin 7 ayı ərzində Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, bu istiqamətdə keçirilmiş əməliyyat- axtarış tədbitləri nəticəsində 3 cinayət faktı aşkar edilmiş, həmin 3 fakt da saxlama olmuşdur ki, açılma əmsalı 100% təşkil etmişdir. Bu müddət ərzində 22.8 qram güclü təsirə malik psixotrop maddə olan metanfetamin aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılması təmin edilmişdir.

 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 fakt, 234.1.1-ci maddəsi ilə 1 fakt müəyyən olunaraq bu növ cinayət üzrə 3 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir ki, onlardan 2 nəfər barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Eyni zamanda "Xaş-xaş 2025” şərti kompleks tərdbirlər planına uyğun olaraq rayon ərazisində 3.0 hektar ərazidən ümumilikdə 4600 ədəd olmaqla 3 ton 220 kiloqram yabanı halda bitmiş çətənə kolları yığılaraq yandırılma yolu ilə məhv edilmişdir.

Tərtər Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən rayon komissiyası narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanusuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərin, o cümlədən yetkinlik yaşına çatmayanların işləri üzrə təhqiqat, ibtidai və məhkəmə istintaqı dövrünü əhatə edən araşdırmalar zamanı belə cinayətlərin törədilməsini doğuran səbəb və şəraitin öyrənilməsi, eləcədə qarşısının alınması üçün lazımı əməli tədbirlər görülümüş və belə cinayətləri törətmələrini doğuran səbəb və şəraitin öyrənilməsi, eləcədə qabaqlayıcı tədbirlərin görülməsi üçün aidiyyatı əməkdaşlara konkret tapşırıqlar verilmişdir.

Həmçinin tərkibində narkotik maddələr olan, yabanı halda bitən və qanunsuz əkilən bitkilərin məhv edilməsi, onların vegetasiya dövrü nəzərə alınaraq qabaqlayıcı tadbirlər görülməsi üçün birgə işlər müəyyənləşdirilmişdir.

Tərtər Rayon Mərkəzi Xəstəxanasının poliklinikasında fəaliyyət göstərən narkoloji kabinetində narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 167 nəfərdir. Həmin şəxslərdən 83 nəfər profilaktik qeydiyyatda olanlardır. Onlardan 1 nəfər qadındır. 2025-ci ilin 7 ayı ərzində müvafiq diaqnozla 6 nəfər qeydiyyata götürülmüş, 1 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

26 iyun- Narkomanlığa və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı Tərtər Rayon Mərkəzi Xəstəxanasında “dəyirmi masa” keçirilmiş, müzakirələr zamanı narkoasılılığı olan şəxslərin müəyyən edilərək sağlam həyat tərzinə qaytarılması istiqamətində həyata keçirilməsi zəruri olan tədbirlər qarşılıqlı olaraq müzakirə obyekti olmuşdur.

2025-ci ilin 7 ayı ərzində Tərtər Rayon Polis Şöbəsinin, Qarabağ Regional Təhsil İdarəsinin, Tərtər Rayon Mərkəzi Xəstəxanasının narkoloq həkiminin, “Yeni Tərtər” qəzetinin nümayəndələri Tərtər rayonunun 12 orta məktəbində 9 və 11-ci sinif şagirdləri, müəllim kollektivi və valideynlər qarşısında narkomaniyanın insan üçün mənfi fəsadları barədə müntəzəm olaraq çıxışlar edilmiş, həmçinin narkomanlıq xəstəliyindən azad olan insanların cəmiyyətə inteqrasiyası ilə yanaşı məşğulluğun təmin edilməsi istiqamətində ərazi məşğulluq idarəsi ilə əlaqə yaradılır.

Elvin Umudov,
Tərtər Rayon İcra Hakimiyyəti başçısının I müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri