15 avqust 2025 16:56
99

"Apple" qanda oksigeninin ölçülməsini bərpa edir

Apple, proqram yeniləməsi vasitəsilə ABŞ-dakı bəzi ağıllı saatlarına qanda oksigeninin ölçülməsi funksiyasını əlavə edəcəyini açıqlayıb. Bu qərar ABŞ rəsmilərinin təsdiqindən və Kaliforniyada yerləşən "Masimo" çirkəti ilə ilə uzun sürən hüquqi mübahisədən irəli gəlir.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Bu xüsusiyyət Apple Watch Series 9, Series 10 və Apple Watch Ultra 2 istifadəçiləri üçün əlçatan olacaq. Proqramı saatda işə saldığınız zaman sensorlar oxunuşları toplayacaq, smartfon isə hesablayıb nəticəni göstərəcək.

"Masimo" əvvəllər "Apple"ı bu texnologiyadan qeyri-qanuni istifadə etməkdə günahlandırdı və ABŞ Beynəlxalq Ticarət Komissiyasının bu xüsusiyyəti olan saatların idxalını əngəlləmək qərarına gəlmişdi. 2023-cü ildə bu, ABŞ-da Series 9 və Ultra 2 modellərinin satışına müvəqqəti qadağa qoyulmasına səbəb olmuşdu. Bundan sonra "Apple" bu funksiyanı ləğv etmək məcburiyyətində qalmışdı. İndi şirkətdən verilən məlumata görə, ABŞ Gömrük Xidməti proqram təminatının yenilənməsini təsdiqləyib və funksiya indiki qadağanı pozmadan geri qayıdacaq.