17 avqust 2025 22:11
102

Qazaxıstanda şəxsi təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Qazaxıstanın Akmola vilayətində təyyarə qəzaya uğrayıb.

İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyatda Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Astana stansiyasının xətt polis şöbəsi UP-LA 229 saylı özəl yüngül təyyarənin qəzaya uğraması ilə bağlı Cinayət Məcəlləsinin 344-cü maddəsinin 3-cü hissəsi ilə ibtidai istintaqa başlayıb. Məlumatda bildirilir ki, qəza nəticəsində biri pilot və bir sərnişin olmaqla iki nəfər ölüb.

Hazırda qəzanın səbəbləri müəyyənləşdirilir.

“Cinayət-Prosessual Məcəllənin 201-ci maddəsinə əsasən, digər məlumatlar açıqlanmır”, - idarədən bildirilib.

“Kazinform”un məlumatına görə, xüsusi komissiya qəzanın nəticələrini araşdırır.

“17 avqust 2025-ci il, saat 17:40-da Aerostar R40F UP-LA229 yüngül təyyarəsi ümumi aviasiya şəbəkəsində uçuş zamanı Akmola vilayətində qəzaya uğradı. “Hava qəzalarının təhqiqi qaydaları”na uyğun olaraq komissiya yaradılıb”, - məlumatda deyilir.

Hazırda Nəqliyyat Nazirliyinin Hadisələrin və İnsidentlərin Araşdırılması Departamentinin əməkdaşları hadisə yerinə gəliblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”