18 avqust 2025 10:38
105

Xaçmazda maşın ağaca çırpılıb, sürücü ölüb

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, Xaçmaz-Quba avtomobil yolunun 4-cü kilometrliyində, rayonun Ağyazı-buduğ kəndi ərazisindən keçən hissəsində Quba rayonu Alekseyevka kənd sakini, 1999-cu il təvəllüdlü Əlimərdanov Elvin Məzahir oğlu "KİA" markalı avtomobillə idarəetməni itirərək yol kənarında olan ağaca çırpılıb.

E.Əlimərdanov aldığı ağır bədən xəsarətlərindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı araşdırmalar aparılır.