Qazaxıstan Silahlı Qüvvələri "Aitu" milli messencerinə mərhələli keçidə başlayır. Bundan rəsmi məlumatların ötürülməsi üçün istifadə olunacaq. Qərar prezident Kasım-Jomart Tokayevin tapşırığına əsasən qəbul edilib və xarici platformaların istifadəsi ilə bağlı riskləri minimuma endirmək məqsədi daşıyır”, - deyə ölkənin Müdafiə Nazirliyi bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Qazaxıstan hakimiyyəti hesab edir ki, "Aitu" informasiya axınına tam nəzarəti təmin edəcək. Müdafiə Nazirliyi əmin edib ki, messencer Qazaxıstanın yurisdiksiyasındadır və məlumatların saxlanması və emalı üçün bütün tələblərə cavab verir.
"Aitu"ya keçidin 2025-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır. Yeni messencerin digər məsələlərlə yanaşı, operativ məlumat mübadiləsi və görüşlərin keçirilməsi üçün istifadə ediləcəyi gözlənilir.
Avqust ayında Qazaxıstan prezidenti hökumətə vətəndaşların şəxsi məlumatları ilə bütün kommunikasiyaları milli messencer "Aitu"-ya ötürməyi tapşırmışdı. Tokayevin sözlərinə görə, dövlət ölkədə rəqəmsal təhlükəsizliyin ümumi səviyyəsi üçün məsuliyyət daşımağa borcludur.