ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol sosial şəbəkələrdə geniş yayılan RT-nin videosuna reaksiya verib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, kadrlarda Rusiya və ABŞ bayraqları ilə əməliyyat zonasında qənimət götürülən Amerika BMP-si görünür.
“Vau”- deyə, Makfol qeyd edib.
Ukrayna mediası və ictimaiyyəti bütün günü RT-nin videosunu müzakirə edib. Volodimir Zelenski administrasiyasının rəhbəri Andrey Yermak da qəzəblənib.
"Bəs bunu necə başa düşmək lazımdır?" Telegram-da yazıb. Yermak hesab edir ki, bu, “son həyasızlıqdır”.