18 avqust 2025 21:34
87

Trampla Zelenskinin Ağ Evdə görüşü başlayıb - CANLI

Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenskinin görüşü başlayıb.

“İki sahil” xəbər verir ki, Ağ Ev görüşü birbaşa yayımlayır.

Birgə şəkil çəkdirdikdən və mətbuata şərhlərdən sonra liderlər binaya daxil olublar.

Jurnalistin Ukrayna xalqına nə deyəcəyini soruşduqda Tramp belə cavab verib: “Biz onları sevirik”.

Görüşdə ABŞ tərəfdən dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens, eləcə də xüsusi elçilər Stiv Vitkoff, Ukrayna tərəfdən isə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov iştirak edir.

Ukrayna Prezidenti amerikalı həmkarı Donald Trampla görüşdən əvvəl Finlandiya, Böyük Britaniya, İtaliya və Avropa Komissiyasının liderləri və NATO-nun Baş katibi ilə mövqelərini razılaşdırdığını bildirib.