19 avqust 2025 08:48
114

Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində bəzi dəyişikliklər edilib

Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində bəzi dəyişikliklər edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" ASC-dən bildriblər.

Bildirilib ki, Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 19 avqustdan Abşeron dairəvi dəmir yolu marşrutu üzrə sərnişin qatarları həftəiçi, həmçinin şənbə və bazar günlərində yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.