19 avqust 2025 09:37
92

MPL: "Zirə" "Araz-Naxçıvan"ı qəbul edəcək

Bu gün Misli Premyer Liqasında yeni mövsümün son turunda "Zirə" "Araz-Naxçıvan"ı qəbul edəcək.

İki sahil”in məlumatına görə, yarış saat 20:00-da başlayacaq.

Xatırladaq ki, turun digər oyunlarında "Sumqayıt" "Kəpəz"i 3:0, "Turan Tovuz" "İmişli"ni 1:0 hesabı ilə məğlub edib. "Neftçi"- "Şamaxı", "Karvan-Yevlax" - "Qəbələ" matçları isə 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Qarabağ" - "Sabah" matçı "köhlən atlar"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki çıxışı səbəbindən təxirə salınıb.

Misli Premyer Liqası

I tur

19 avqust

Saat 20:00, "Zirə" - "Araz-Naxçıvan".

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov

VAR: Nicat İsmayıllı

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli