19 avqust 2025 14:28
102

Türk Dünyasının Gənclər Paytaxtı rəmzi olaraq Lənkərandan Almatıya ötürülüb

Türk Dünyasının Gənclər Paytaxtı rəmzi olaraq Azərbaycanın Lənkəran şəhərindən Qazaxıstanın Almatı şəhərinə ötürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev özünün "X" sosial media hesabında paylaşım edib.

Baş katib “Almatı – Türk Dünyasının 2025-ci il Gənclərə Paytaxtı”nın açılış mərasimində iştirakdan məmnun olduğunu bildirib.

"Bu gün rəmzi olaraq titul Lənkərandan Almatıya ötürülür və bu da gəncliyimizin gələcəyi formalaşdırmadakı dinamik rolunu önə çıxarır", - o vurğulayıb.

Kubanıçbek Ömüralıyev türk dünyası gənclərinin birləşməsinin önəminə diqqət çəkərək bildirib ki, Almatı gənclərə yönəlik tədbirlərə ev sahibliyi edəcək, birliyi, innovasiyanı və dostluğu möhkəmləndirəcək.