19 avqust 2025 16:02
106

Suriya Prezidenti Dəməşqdə amerikalı senatorlarla görüşür

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şəraa Dəməşqdə ABŞ Nümayəndələr Palatası və Senatının nümayəndə heyəti ilə görüşür.

“İki sahil” xəbər verir ki,  bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

Görüşdə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani və daxili işlər naziri Anas Xəttab da iştirak edirlər.

Agentlik görüşlə bağlı digər təfərrüatları açıqlamayıb. Lakin qeyd etmək lazımdır ki, bu, ötən ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra ABŞ qanunvericilərinin Suriyaya ilk səfəridir.