29 mart 2026 13:43
141

Yaponiyada “Formula-1” Qran-Prisinin qalibi məlum olub - FOTO

“Mercedes” komandasının italyan pilotu Kimi Antonelli 2026-cı il “Formula-1” mövsümünün üçüncü mərhələsinin – Yaponiya Qran-Prisinin qalibi olub.

“İki sahil” xəbər verir ki, “Suzuka Circuit” avtodromunda keçirilən yarışda ikinci yerin sahibi “Meklaren” komandasının avstraliyalı pilotu Oscar Piastri olub.

“Ferrari” komandasının pilotu Charles Leclerc üçüncü sırada yer alıb.

Antonellinin aktivində 72 xal var və 19 yaşlı italiyalı “Formula-1” tarixində ən gənc çempionat lideri olub. İkinci yerdə onun komanda yoldaşı britaniyalı George Russell (63 xal), üçüncü yerdə isə Leclerc (49 xal) qərarlaşıb. Konstruktorlar kubokunda lider “Mercedes” komandasıdır (135 xal), onu “Ferrari” (90 xal) və “Meklaren” (46 xal) izləyir.

Növbəti mərhələ mayın 1-dən 3-dək Mayami şəhərində keçiriləcək. ABŞ-dan öncə Bəhreyn və Səudiyyə Ərəbistanında yarışlar nəzərdə tutulsa da, Yaxın Şərqdəki vəziyyət səbəbindən ləğv olunub.