19 avqust 2025 18:31
110

Taksi fəaliyyəti üçün qeydiyyat keçmiş sürücülərin sayı açıqlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu ilin yanvar-iyul aylarında taksi fəaliyyəti ilə məşğul olmaq üçün təqdim edilən sənədlərlə bağlı statistikanı açıqlayıb.

“İki sahil” xəbər verir ki,  AYNA-dan bildirilib ki, hesabat dövründə 4 280 nəfər sürücü buraxılış vəsiqəsi, 10 315 avtomobil isə buraxılış kartı ilə təmin olunub.

Buraxılış vəsiqəsi birbaşa sürücüyə, buraxılış kartı isə taksi kimi istifadə ediləcək avtomobilə verilir. Bu sənədlər olmadan taksi fəaliyyəti qanunsuz hesab olunur və məsuliyyət yaradır.