19 avqust 2025 19:19
111

Rubio Fidanla Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə edib

ABŞ dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə edib.

“İki sahil” ABŞ Dövlət Departamentinə istinadla xəbər verir ki, telefon danışığı zamanı tərəflər, həmçinin Rusiya və Ukrayna arasında sülh danışıqları, Suriyada vəziyyətin sabitləşdirilməsi üçün səylərin davam etdirilməsi və İranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə ediblər.

Söhbət məşvərət xarakteri daşıyıb və regionda münaqişələrin həlli istiqamətində səylərin əlaqələndirilməsinə yönəlib.