21 avqust 2025 11:33
134

Myanmada 5,4 maqnitudalı zəlzələ olub

Myanmanın cənubunda, Yanqon şəhəri yaxınlığında 5,4 maqnitudalı zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Tailandın Meteorologiya Departamenti məlumat yayıb.

Zəlzələ ocağı Andaman dənizinin 10 km dərinliyində yerləşib. Neypido şəhəri ərazisində daha zəif yeraltı təkanlar qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.