15 avqust 2025 14:41
131

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında partiyanın fəal üzvlərinin yubileylərini qeyd edib

Yeni Azərbaycan Partiyası Kürdəmir  rayon təşkilatında partiyanın fəal üzvlərindən olan Mehrab Abdurahmanov Nəhməd oğlunun 70 illik və Qəribxan Səfərov Mirələm oğlunun 75  illik yubileyləri  münasibətilə görüş keçirilib. 
   YAP Kürdəmir  rayon təşkilatının sədr müavini Elxan Qafarov  yubilyarları  təbrik edərək onlara  möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.
   Yubilyarlar Mehrab Abdurahmanov və Qəribxan Səfərov göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmalarının  onlar  üçün böyük qürur olduğunu söyləyiblər.
      Partiya veteranları Mehrab Abdurahmanov və Qəribxan Səfərova uzun müddət partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştiraklarına görə YAP Kürdəmir rayon təşkilatının rəhbərliyi tərəfindən  Fəxri Fərmanlar  və hədiyyələr  təqdim edilib.