21 avqust 2025 17:31
92

Kamçatka sahillərində zəlzələ olub

Kamçatka diyarı sahillərində 6 maqnitudalı zəlzələ qeydə alınıb.

“İki sahil” Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə RF Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatında deyilir.

Zəlzələ ocağı Sakit okeanda təxminən 46 km dərinlikdə yerləşib.

Son 24 saat ərzində 19 dəfə 4-5,6 maqnitudalı afterşoklar qeydə alınıb.