23 avqust 2025 10:10
139

"İnter" fransalı futbolçu ilə müqavilə imzalayıb

"İnter" Andy Diufun transferini rəsmən açıqlayıb.

“İki sahil” xəbər verir ki, "neradzurri»" Fransa U21 millisinin yarımmüdafiəçisini "Lans"dan təxminən 25 milyon avroya alıb.

Qeyd edək ki, ötən mövsüm Liqa 1-də fransız 34 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.