23 avqust 2025 16:30
138

Millimizin oyunlarının vaxtı müəyyənləşib

Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının Səbail mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.

“İki sahil” xəbər verir ki, yığma B qrupunda ilk görüşünü avqustun 23-də, saat 18:30-da Çexiyaya qarşı keçirəcək.

Ardınca milli saat 20:10-da Filippinə qarşı mübarizə aparacaq.

Qrupda ilk iki yeri tutan kollektivlər 1/4 finala vəsiqə qazanacaqlar

Qeyd edək ki, Bakıda keçiriləcək turnir avqustun 22-dən 24-dək davam edəcək.