23 avqust 2025 14:50
150

Yasamalda 45 yaşlı qadın qətlə yetirilib

Bakıda qətl hadisəsi törədilib.

“İki sahil” xəbər verir ki, hadisə avqustun 23-də saat 9 radələrində paytaxtın Yasamal rayonunda baş verib. 1980-ci il təvəllüdlü İradə Muradova münaqişə zəminində qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Emil Ağacanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.