24 avqust 2025 10:04
150

Bu günün oyunları

Misli Premyer Liqasında II turun daha iki oyunu bu gün keçiriləcək.

“İki sahil” xəbər verir ki, günün ilk matçında “Sabah” “Şamaxı”nın qonağı olacaq. Qarşılaşma saat 17:00-da start götürəcək.

Meydan sahibləri ilk turda səfərdə “Neftçi” ilə heç-heçə edib -1:1. “Sabah” - “Qarabağ” oyunu isə təxirə salınmışdı.

Günün ikinci görüşündə “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Matç saat 19:30-da başlayacaq. Tovuz klubu I turda “İmişli”ni məğlub edib - 1:0. Naxçıvan təmsilçisi isə “Zirə” ilə bərabərə qalıb - 1:1.

Misli Premyer Liqası

1-ci dövrə, II tur

24 avqust

17:00. “Şamaxı” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı şəhər stadionu

19:30. “Turan Tovuz ” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Azərsun Arena”

Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Neftçi” “İmişli” ilə heç-heçə edib. “Sumqayıt” “Qarabağ”ı (1:0), “Karvan-Yevlax” “Kəpəz”i (3:2) məğlub edib. Tura avqustun 25-də “Qəbələ” - “Zirə” matçı ilə yekun vurulacaq.