24 avqust 2025 15:15
162

Cüdo üzrə Olimpiya çempionları Şuşa şəhərinə səfər ediblər

Cüdo üzrə Olimpiya çempionları Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoev Şuşa şəhərinə səfər ediblər.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində Olimpiya çempionları Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, sakinlər və "Şuşa" idman klubunun üzvləri ilə görüşüb, xatirə şəkilləri çəkdiriblər.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə həyata keçirilən bu görüşlərin əsas məqsədi doğma yurdunda yaşayan vətəndaşlarımıza mənəvi dəstək göstərməkdir.