24 avqust 2025 12:44
130

“Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis hadisə yerinə cəlb edilib

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.