Tərtər rayonu ərazisində avtomobil yoluna günəbaxan tumlarının səpilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN Mətbuat Xidmətinin regional qrupundan “İki sahil”ə bildirilib ki, Bayandurlu kəndi ərazisindən keçən avtomobil yoluna günabaxan tumları səpərək hərəkəti məhdudlaşdıran şəxsin rayon sakini, 1975-ci il təvəllüdlü Ayaz Məmmədov olması müəyyən edilib.
Görülmüş tədbirlərlə A.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.
DİN bir daha vətəndaşlara müraciət edərək bildirib ki, yolların təmiz saxlanılması, hərəkətin təhlükəsizliyinin təmin olunması ümumi məsuliyyətdir. Yolun hərəkət hissəsinə müxtəlif əşyaların, o cümlədən məişət və kənd təsərrüfatı məhsullarının yığılması qəza təhlükəsi yaradır və qanunla qadağandır.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub