25 avqust 2025 12:54
125

Ermənistan banklarında rusiyalılardan vergi rezidentliyi barədə məlumat tələb olunur

Ermənistan bankları Rusiya ilə ilk avtomatik məlumat mübadiləsi çərçivəsində ölkədə hesabları olan rusiyalıların vergi rezidentliyi barədə məlumatların toplanmasına başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ötən il üçün ilk məlumat mübadiləsi bu ilin sentyabr ayında baş tutacaq.

Bu o deməkdir ki, Federal Vergi Xidmətinin Rusiya vətəndaşlarının və Ermənistanda rusiyalılara məxsus şirkətlərin gəlirləri və aktivləri haqqında məlumatlara çıxışı olacaq.

Ermənistanın maliyyə bazarındakı mənbə yerli tənzimləyicilərdən tələblərin alındığını təsdiqləyib. Məlumat təqdim edilmədikdə hesablara xidmət dayandırılır.

Ermənistan 2023-cü ildə maliyyə məlumatlarının avtomatik mübadiləsi haqqında çoxtərəfli sazişi ratifikasiya edib və cari ildə belə mübadilələrə başlayıb.