25 avqust 2025 14:36
104

Gürcüstandan Rusiyaya qarpız tədarükü 38 dəfə artıb

Bu il Rusiya Gürcüstandan 455,5 min dollar dəyərində 847 ton qarpız idxal edib. Üstəlik, 2024-cü ildə Gürcüstandan Rusiya Federasiyasına ümumiyyətlə, qarpız ixracı olmayıb, 2023-cü ildə isə Rusiya Federasiyası cəmi 11,2 min dollar dəyərində 22 ton gürcü qarpızı idxal edib.

“İki sahil” xəbər verir ki, bu məlumatı Gürcüstanın hökumət agentliyi Geostat təqdim edir.

Ümumilikdə Gürcüstan bu il 727 min dollar dəyərində 1641 ton qarpız ixrac edib. Dəyər baxımından bu, ötən illə müqayisədə 668%, 6 dəfədən çox (94,6 min dollar), həcm baxımından isə 2024-cü illə müqayisədə 398% çoxdur.

Gürcüstan qarpızlarının idxalına görə Ermənistan Rusiya Federasiyasından sonra ikinci yerdə (233 min dollar dəyərində 686 ton), üçüncü yerdə isə Belarus (23,8 min dollar dəyərində 86 ton) qərarlaşıb.