Amerikanın "SpaceX" şirkəti bazar ertəsi günü "Starship" kosmik gəmisinin prototipini 10-cu sınaq uçuşuna göndərəcək daşıyıcı raketin buraxılışını əlverişsiz hava şəraiti səbəbindən ləğv edib.
“İki sahil” xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsindəki canlı yayımda məlumat paylaşılıb.
Start şərq saat qurşağı ilə saat 19:59-da (Bakı vaxtı ilə 03:59) Texas ştatındakı "Starbase" kosmodromunda planlaşdırılmışdı.
"Pis xəbər, bu gün buraxılış hava şəraiti səbəbindən baş tutmayacaq", - canlı yayımın aparıcısı deyib.