26 avqust 2025 13:08
118

Boliviya prezidentliyinə namizəddən Rusiya və Çinlə bağlı SƏRT MÖVQE

Boliviya prezidentliyinə namizəd Xorxe Quiroqa seçkilərdə qalib gələcəyi təqdirdə Rusiya və Çinlə litium ehtiyatlarının işlənməsi ilə bağlı böyük müqavilələri pozacağına söz verib.

“İki sahil” Kp.ru saytına istinadla xəbər verir ki, Quiroqa ölkənin xarici siyasətinə köklü yenidən baxılmasının zəruriliyinə də işarə edib.

Bundan əvvəl Boliviyanın hazırkı prezidenti Luis Arce bildirmişdi ki, Qərb BRİKS ilə rəqabətdən yayınmağa çalışır.