26 avqust 2025 16:54
97

Ağstafada yanğın: Ətraf rayonlardan əlavə qüvvələr cəlb olunub

Ağstafa rayonun Tatlı, Yuxarı Göycəli, Dağ Kəsəmən kəndləri ərazisində başlayan yanğının söndürülməsinə ətraf rayonlardan əlavə qüvvə cəlb edilib.

“İki sahil” xəbər verir ki, rayonun Hayvalı adlanan meşə sahəsindəki yanğını söndürmək üçün ümumilikdə 7 yanğınsöndürən maşın hadisə yerinə cəlb edilib.

Çox sayda canlı qüvvə əsasən Qazax, Tovuz və Ağstafa rayonlarından əraziyə cəlb olunub.