Erməni həmkarımla birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdük. O, həqiqətən buna layiqdir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində səsləndirib.
“Vaşinqtonda şərhlərimdə də qeyd etdiyim kimi, o, bir neçə ay ərzində Afrikada, Asiyada, Cənubi Qafqazda möcüzə yaradıb. Bu, onun xarakteridir, bu, onun təbiətidir. O, sülh istəyir. O, Qərb liderlərinin ənənəvi imicindən tamamilə fərqli bir şəxsiyyətdir”,- deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib
Milli Məclisin payız sessiyası üzrə növbəti iclası oktyabrın 16-da keçiriləcək
Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir