ABŞ prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanı Ukraynanın Avropa İttifaqına qəbulu ilə bağlı vetosunu ləğv etməyə razı sala bilib.
“İki sahil” xəbər verir ki, bu barədə “Politico” avropalı diplomata istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu, yaxın aylarda Moldova və Ukraynanın Aİ-yə qoşulması məsələsində “dalandan çıxmağa” imkan verəcək.
Nəşrin məlumatına görə, danışıqlar mərhələsinin başlaması barədə qərar yaxın günlərdə və ya həftələrdə verilə bilər.
Bundan əvvəl Orban administrasiyası bildirib ki, Macarıstan Ukraynanın Avropa İttifaqına daxil olmasının tarixi səhv olacağına inanır.