Rumıniya artıq Kiyevə 20-dən çox hərbi yardım paketi təqdim edib.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri İon Moşteanu "Euronews România" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu barədə məlumatlar Rumıniyanın Ali Müdafiə Şurasının qərarı ilə məxfiləşdirilib. “Mən şəxsən şəffaflığın tərəfdarıyam, bacarsaydım, sabah açıqlayacam”, - Rumıniyanın müdafiə naziri bildirib.
O, hökumətin müvafiq qərarlarından məxfilik təsnifatının çıxarılması barədə qərarın qəbul edilməsini istəyib.